DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq
    • 23-12-2019, 10:36
    • 614

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nobel ptospektinin Ağ Şəhərin qarşısından keçən hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.