Məşhur müğənni Rusiya vətəndaşlığı aldı
    • 17-03-2024, 14:20
    • 565

Məşhur müğənni Rusiya vətəndaşlığı aldı


Ukrayna əsilli rusiyalı müğənni Lyubov Uspenskaya Rusiya vətəndaşlığı alıb.

News24.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Artıq vətəndaşlığımı bayram etmişəm. Və mən xoşbəxtəm ki, indi belə böyük dövlətin vətəndaşıyam. Mən Rusiyanı həmişə sevmişəm və düşünürəm ki, arzum gerçəkləşib”, - Uspenskaya bildirib.

Qeyd edək ki, Lyubov Uspenskaya 1954-cü ildə Kiyev şəhərində anadan olub.