-
- 20-05-2022, 11:14
- 758
Bakı konserti ləğv olunan Uspenskayadan - Cavab
Rusiyalı müğənni Lübov Uspenskaya Bakı konsertinin ləğv olunmasına münasibət bildirib.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram səhifəsində yazıb.
Uspenskaya bundan şoka düşdyünü bildirib: “Bu gün oyananda sarı qəzet və publik səhifələrin yaydığı bir xəbərdən çaşıb qaldım. Bakıdakı konsertimin ləğv edilməsi haqda xəbərdən. Guya mənim Azərbaycan və Ermənistan xalqları arasındakı münaqişəsi haqda siyasi fikirlərimə görə. Bu, məni şoka saldı!”
Ermənipərəstlikdə ittiham olunan müğənni bütün Qafqaz xalqlarını sevdiyini bildirib: “Axı insanlar məni nədəsə ittiham etmək, münaqişəyə qatmaq və ləğv etmək istəyir. Məni – sülhsevər və xeyirhah insanı. Başa düşürəm ki, bunu üç il əvvəlki feyk xəbər əsasında şişirdiblər, amma hansı məqsədlə? Məni – bütün Qafqaz xalqlarını sevən, onların dilində ifa edən (o cümlədən Azərbaycan dilində “Ağ çiçəyim”), Azərbaycan artistləri ilə eyni səhnədə çıxış edən insanı. Mən həm Azərbaycanı, həm də bir müddət yaşadığım Ermənistanı sevirəm”.
O, istənilən siyasi münaqişə, aqressiya, müharibə və s. qarşı olduğunu vurğulayıb: “Və mənim həmişə bütün bu hadisələrdən ürəyim parçalanır. Və bütün bunlardan sonra məni hansısa uydurulmuş “mənim” mövqeyimə görə ittiham etmək? Mənim mövqeyim birdir – mən sülh tərəfdarıyam!
Uspenskaya sözlərinə belə yekun vurub: “Nəticə: bir neçə saat əvvəl konsert yayılan xəbərlərə görə həqiqətən ləğv olundu. Ümid edirəm, siz məni düzgün anlayacaqsınız və sözləri konstekstdən çıxarmayacaqsınız. Bu, mənim cavabım və rəsmi açıqlamam idi. Bundan başqa şərh vermək istəmirəm və verməyəcəyəm. Sizin Lüba”.