"Rusiya ilə NATO arasında münaqişə mümkündür"
    • 18-03-2024, 14:08
    • 124

"Rusiya ilə NATO arasında münaqişə mümkündür"

Putin prezident seçkiləri başa çatdıqdan sonra seçki qərargahından vətəndaşlara müraciət edib.

News24.az xəbər verir ki, seçkidə iştirakına görə ictimaiyyətə təşəkkür edən Putin Ukraynada təmas xəttində olan Rusiya ordusuna xüsusi təşəkkürünü vurğulayıb. Putin bəyan edib ki, yeni dövrdə Rusiya ordusunun imkanlarını gücləndirmək lazımdır.

Dini inancından və etnik mənşəyindən asılı olmayaraq, bütün insanların özlərini vahid rus ailəsi kimi hiss etdiyini deyən Putin bunun irəliləyiş üçün ən vacib şərt olduğunu vurğulayıb.

Keçən ay Federal Məclisdəki çıxışında ifadə etdiyi bütün tapşırıq və məqsədlərin həll ediləcəyinə əminliyini bildirən Putin, seçkinin nəticəsinin ölkə vətəndaşlarının “ona etimadının” göstəricisi olduğunu bildirib. 

Putin daha sonra qərargahda jurnalistlərin suallarını cavablandırıb.

Rusiya ilə NATO arasında qarşıdurma olub-olmayacağı sualını cavablandıran Putin, "Müasir dünyada hər şey mümkündür. Bu münaqişə tam miqyaslı Üçüncü Dünya Müharibəsinin bir addımlıqda olmasına gətirib çıxaracaq, amma heç kimi bu məsələ ilə maraqlanır” dedi.

Günel Məlikzadə