Ermənistandan Rusiya kanallarına -
    • 18-03-2024, 14:51
    • 231

Ermənistandan Rusiya kanallarına - "QIRMIZI İŞIQ"

“Rusiya da daxil olmaqla, ölkəmizin siyasətinə zidd televiziya kanallarının yayımının dayandırılması müzakirə olunur”. 

RTV-nin məlumatına görə, bunu Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyan deyib. 

O bildirib ki, yaxın vaxtlarda rəsmi Moskva ilə bu istiqamətdə müzakirələr aparılacaq. Danışıqlarda İrəvan öz mövqeyini açıq şəkildə ifadə edəcək. 

Ayrapetyanın sözlərinə görə, xeyli müddət öncə Rusiya hökumətinə bununla bağlı təkliflər göndərilsə də qəbul olunmayıb. 

O əlavə edib ki, son dövrlər həmin televiziya yayımçılarının efirində Ermənistan əleyhinə materialların sayı daha da artıb.

Fərid Azəri