-
- 18-03-2024, 12:29
- 209
Keyt Middlton hardadır?
Uels şahzadəsi Keyt Middletonun yanvarın 16-da keçirdiyi qarın əməliyyatından sonra istirahət dövrünə girdiyi və uzun müddət gözdən uzaq qalacağı açıqlanıb.
News24.az xəbər verir ki, ötən ilin dekabrından ictimaiyyətdən uzaq olan Keyt 10 Mart Milli Analar Günündə övladları ilə fotosunu paylaşıb.
Şahzadənin paylaşdığı foto manipulyasiya xarakteri daşıdığı səbəbilə agentliklərdən silinib və bundan sonra işlər ciddiləşməyə başlayıb.
Keyt fotoya görə üzr istəsə də, kral ailəsi susub.
Sosial mediada hadisə ilə bağlı sui-qəsd nəzəriyyələri artmağa başlayıb. Bəziləri Keytin öldüyünü desə də, bəziləri hadisələrin Kralla əlaqəli olduğunu düşünürdü.
Heç bir sübut olmasa da, Uilyam və Keytin münasibətlərinin pis olduğu, hətta boşanma prosesində olduğu iddia edilib.
Digər tərəfdən şahzadənin bağırsaq xəstəliyi olduğu və bir hissəsinin götürüldüyü iddiaları da gündəmdədir.
Bütün bu nəzəriyyələrin arxasında bu gün bayraqların yarıya qədər endirilməsini əks etdirən fotolar sosial mediada paylaşılıb. Bu, Kate və ya Kralın ölmüş ola biləcəyi iddialarını gücləndirdi. Lakin Britaniyanın “Times Now” xəbər kanalının məlumatına görə, görüntülərin ölkənin keçmiş kraliçası II Elizabetin 2022-ci ildə ölümünə aid olduğu müəyyən edilib.
Günel Məlikzadə