Türk şirkətləri NATO-nun ən böyük bazasını tikəcək
    • 19-03-2024, 10:40
    • 94

Türk şirkətləri NATO-nun ən böyük bazasını tikəcək

Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək, tərəflər bu mövzuda danışıqlar aparır. 

News24.az  xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.

“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”, - nəşr yazır.

Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.

Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir, o, Rumıniya Hərbi Hava Qüvvələrinin “Mihail Koqalniceanu” 57-ci aviabazasının genişləndirilməsi nəticəsində 2040-cı ilə qədər yerləşdirilə bilər. Rumıniya layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.

Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək.

Mehriban Mirzəzadə