Xalq artisti ABŞ-da alış-veriş mərkəzində görün nə etdi
    • 19-03-2024, 12:25
    • 2 004

Xalq artisti ABŞ-da alış-veriş mərkəzində görün nə etdi


Xalq artisti Gülyanaq Məmmədova Amerikaya səfərə gedib. 

Sosial şəbəkələrdə müğənninin alış-veriş mərkəzlərindən birində yapon pianoçunun müşaiyəti ilə muğam oxumasını əks etdirən görüntüləri yayımlanıb.

News24.az bildirir ki, Lent.az-a açıqlama verən Xalq artisti bildirib ki, Novruz bayramı münasibəti ilə bir neçə şəhərdə konsert verəcək. Bu dəvət Amerikada yaşayan həmyerlilərimiz tərəfindən Novruz bayramı münasibəti ilə irəli sürülüb.

“Soydaşlarımız  qarşısında Novruz konserti verib, onları da sevindirək dedik.  Sosial şəbəkədə yayılan görüntüləri musiqiçilərimiz çəkiblər. İçimdən gəldi oxudum, hər kəs bizim musiqinin dərinliyini hiss etsin istədim”,- deyə o bildirib.

Qeyd edək ki, alış-veriş mərkəzində bir gəncin pianoda ifasını görən Gülyanaq xanım ona yaxınlaşıb. İngilis dilində mahnı ifa edən gəncə qoşularaq milli musiqimizi ifa edib.