-
- 9-02-2024, 16:30
- 153
Hindistan Rusiyadan neft almaqdan imtina etdi
Hindistanın neft emalı şirkəti Bharat Petroleum Corp (BPCL) sanksiyalara görə Rusiyanın premium Sokol xam neftini almaqdan imtina edib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Sokol üçün BPCL ödənişləri vasitəçi banklardan keçmir.
ABŞ Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirdikdən sonra problemlər yaranmağa başlayıb. Məsələ burasındadır ki, “Sokol” nefti yüksək keyfiyyətli tərkibinə görə bir barel üçün 60 dollar qiymət tavanından xeyli yuxarı satılır.
Eyni zamanda, BPCL Qırmızı dənizdəki böhranla əlaqədar Rusiya neftinin qəbulunda heç bir fasilə müşahidə etmədiyini və maliyyə baxımından mümkün olduğu təqdirdə istənilən mənbədən neft almağa davam edəcəyini vurğulayıb.
Mehriban Mirzəzadə