"Müharibə cinayətkarı, xoş gəlmədin"
    • 19-03-2024, 18:45
    • 190

"Müharibə cinayətkarı, xoş gəlmədin"

ABŞ dövlət katibi Antoni Blinken bu gün verdiyi açıqlamada Yaxın Şərqə səfərini dəyərləndirib.

News24.az xəbər verir ki, Blinken səfər zamanı İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının əldə edilməsi, girovların azad edilməsi kimi müxtəlif məqsədləri olduğunu bildirib.

Filippinin paytaxtı Manilaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Blinken bildirib ki, səfərin məqsədi “daimi regional sülh üçün düzgün arxitekturanın müzakirəsi”dir.

Qəzzanın bütün əhalisinin "ciddi kəskin qida çatışmazlığı" yaşadığını bildirən Blinken Fələstin ərazilərinə humanitar yardımın çatdırılmasının aktuallığına toxunub.

"Ən hörmətli kriteriyalara görə, Qəzzada əhalinin 100 faizi kəskin qida çatışmazlığından əziyyət çəkir. Bu, ilk dəfədir ki, bütün əhali bu şəkildə təsnif edilir", - ABŞ naziri bildirib.

Digər tərəfdən, ABŞ-lı nazir Blinken Filippin xalqı tərəfindən etirazla qarşılaşdı. Etirazçılar əllərində “ABŞ-ın hərbi müdaxiləsini və soyqırımını dayandırın” yazılmış plakatlar qaldırıblar.

Etirazçının əlində “Blinken hərbi cinayətkardır, xoş gəlmirsən” yazılmış lövhə görünüb.

Günel Məlikzadə