NATO-nun fəaliyyəti Qafqaza sabitlik gətirməyəcək - Peskov
    • 19-03-2024, 17:00
    • 187

NATO-nun fəaliyyəti Qafqaza sabitlik gətirməyəcək - Peskov

Kreml NATO-nun fəaliyyətini izləyir, lakin bu hərəkətlərin regiona sabitlik əlavə etmək ehtimalı yoxdur.

News24.az  xəbər verir ki, bunu Rusiyanın mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Zaqafqaziya ölkələrinə səfər etmişdi. Siyasətçi martın 17-də Azərbaycanda, martın 18-də Gürcüstanda, martın 19-da isə Ermənistana səfər edib.

Kreml nümayəndəsinin sözlərinə görə, bu cür təmaslar Qafqaz dövlətlərinin suveren hüququdur.

“Əlbəttə, biz diqqətlə izləyirik, lakin biz əsasən ikitərəfli münasibətlərimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq alətlərinə diqqət yetirmək niyyətindəyik”, - Peskov əlavə edib.

Mehriban Mirzəzadə