Bakıda "Gelandevagen" 6 maşını əzdi
    • 19-03-2024, 15:29
    • 307

Bakıda "Gelandevagen" 6 maşını əzdi

Bakıda zəncirvari qəza olub.

News24.az  xəbər verir ki, Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınan qəza barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumatlara görə, "Gelandevagen" markalı avtomobil ərazidə altı nəqliyyat vasitəsini əzib.

Avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.