-
- 19-03-2024, 18:05
- 204
"Prezident seçilsəm Şahzadə Harri deportasiya edilə bilər"
ABŞ-da şahzadə Harrinin viza statusu müzakirə olunur. Mövzunu yenidən gündəmə gətirən Respublikaçı namizəd Donald Tramp, “imtiyazlı rəftar edilməməsi lazım olduğunu” müdafiə edərək, Şahzadə Harrinin deportasiya riski ilə üzləşə biləcəyini ifadə edən açıqlamalar verib.
News24.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp GB News-dan Naycel Farajın suallarını cavablandırarkən bildirib ki, Kaliforniyada yaşayan şahzadə Harriyə xüsusi münasibət göstərilməməlidir.
Şahzadə Harrinin viza müraciəti ilə bağlı sualı cavablandıran Tramp, ərizəsində narkotik istifadəsi ilə bağlı yalan danışdığı təqdirdə Susseks hersoqu ABŞ-dan deportasiya oluna biləcəyini eyham edib.
Şahzadə Harrinin viza ərizəsində yalan danışdığı aşkar edilərsə, ona “imtiyazlı rəftar” veriləcəkmi sualına Tramp belə cavab verib:
“Xeyr. Onların (hakimiyyət orqanlarının) narkotiklərlə bağlı nəsə məlumatı olub-olmadığını görməliyik. Müvafiq tədbirlər görməlidirlər”.
Günel Məlikzadə