-
- 19-03-2024, 19:15
- 290
İordan çayının qərbində 7670 nəfər saxlanıldı
Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında İsrail qüvvələrinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
News24.az xəbər verir ki, açıqlamada İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində müxtəlif nöqtələrə basqın edərək, aralarında fələstinli jurnalist Rola Hasaneyn və daha əvvəl sərbəst buraxılan keçmiş məhbusların da olduğu 15 fələstinlini nəzarətə götürdüyü qeyd edilib.
Açıqlamada 7 oktyabr 2023-cü ildən bu yana İordan çayının qərb sahilində və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayının 7670-ə yüksəldiyi bildirilib.
Günel Məlikzadə