-
- 8-11-2023, 10:19
- 209
İsrail əsgərləri 2 jurnalisti SAXLADI
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərində gecə boyu basqınlarını davam etdirərək 2-si jurnalist də daxil olmaqla çox sayda fələstinlini həbs edib.
News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
Şahidlərdən alınan məlumata görə, İsrail ordusu Ramallahdakı Birzeit Universitetinin kampusuna hərbi maşınlarla basqın edib.
İsrail əsgərləri Hebron şəhərində evlərə basqın edərək Məhəmməd əl-Atraş və Əmir Əbu Ərafe adlı 2 jurnalisti saxlayıb. Bundan əlavə, İsrail qüvvələri Hebron şəhərinin Devra, Harsa, Halhul qəsəbələrinə və Əl-Arub Qaçqınlar Düşərgəsinə basqın edərək çoxlu sayda fələstinlini həbs edib.
İsrail qüvvələri Qəzzaya hücumları ilə yanaşı, oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də müxtəlif iddialarla fələstinlilərə qarşı həbs əməliyyatlarını davam etdirir.
Ülkər Abdurahmanlı