İsrail əsgərləri "Fələstinli" geyimində xəstəxanaya BASQIN ETDİ
    • 30-01-2024, 16:05
    • 330

İsrail əsgərləri "Fələstinli" geyimində xəstəxanaya BASQIN ETDİ

Mülki geyimli, həkim və tibb bacısı forması geyinmiş 10-a yaxın İsrail əsgəri İbn Sina xəstəxanasına basqın edib.

News24.az bildirir ki, İsrail əsgərləri özlərini fələstinli kimi geyinərək işğal altındakı İordan çayının qərb sahilində xəstəxanaya basqın ediblər. 

Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın edib. Basqın zamanı xəstəxanada olan 3 fələstinli həlak olub. 

Fələstin muxtariyyətinin səhiyyə naziri Mey əl-Keyle Birləşmiş Millətlər Təşkilatını, beynəlxalq və insan haqları təşkilatlarını İsrail qüvvələrinin Qəzza zolağı və işğal olunmuş İordan çayının qərb sahilində Fələstin xalqına və səhiyyə müəssisələrinə qarşı törətdiyi cinayətlərə son qoymağa çağırıb.

Aynurə