İsrail İordan çayının qərbində gecə reydləri keçirir
    • 5-03-2024, 13:56
    • 342

İsrail İordan çayının qərbində gecə reydləri keçirir

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə boyu basqınlar həyata keçirdi.

News24.az xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri başda Erixodakı Akbet Cebr qaçqın düşərgəsi, Kefr Dan və Kuber qəsəbəsi, Nablusdakı Balata qaçqın düşərgələrində basqınlar həyata keçirib.

İsrail əsgərləri Akbet Cebr Qaçqınlar Düşərgəsində bir çox evə basqın edərək axtarış aparıb. Bir evi mühasirəyə alan İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma baş verib.

Qeyd edək ki, İsrail qüvvələri Tulkərim şəhərinə də basqın edərək, orada çoxlu sayda insanı saxlayıb.

Günel Məlikzadə