-
- 19-03-2024, 21:53
- 874
Ögey oğluna dəhşətli işgəncə verdi, barmaqlarını... - ŞOK DETALLAR
Moskvada məhkəmə 32 yaşlı gənci hədsiz amansızlıqla azyaşlı uşağa təcavüz etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İK) paytaxt idarəsindən məlumat verilib.
O, qəsdən sağlamlığa zərər vurmaqda və azyaşlıya köməksiz vəziyyətdə işgəncə verməkdə təqsirli bilinib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli koloniyada çəkəcək. Dindirilmə zamanı kişi günahını etiraf etməyib.
Müstəntiqlərin fikrincə, müttəhim ögey oğluna qarşı şəxsi nifrət edib və onu sistematik şəkildə şiddətlə döyüb. 2023-cü ilin yanvarında uşaq çoxsaylı xəsarətlərlə xəstəxanaya aparılıb. Nəticədə həkimlər uşağın sol və sağ barmaqlarını amputasiya ediblər./Publika.az