“Fiorentina”nın rəhbəri vəfat etdi
    • 20-03-2024, 10:39
    • 94

“Fiorentina”nın rəhbəri vəfat etdi


"Fiorentina"nın baş direktoru Co Barone 57 yaşında vəfat edib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya futbol klubunun mətbuat xidməti xəbər verir.

Bazar günü futbol üzrə İtaliya çempionatının 29-cu turunun "Atalanta" - "Fiorentina" matçı özünü pis hiss edən Baronenin xəstəxanaya yerləşdirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Bazar ertəsi məlum olub ki, funksioner ağır vəziyyətdə reanimasiyadadır.

Baş direktor çərşənbə axşamı Milanın San Raffaele Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hazırda "Fiorentina" 43 xalla A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir.