Ermənistanda gərginlik artır - Köçəryan hərəkətə keçdi
    • 21-03-2024, 13:27
    • 312

Ermənistanda gərginlik artır - Köçəryan hərəkətə keçdi


Keçmiş prezident, hərbi cinayətkar Robert Köçəryanın rəhbərlik etdiyi parlamentdəki “Ermənistan” bloku hakimiyyətə qarşı mübarizəyə hazırlaşır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

“Müxalifət yaxın vaxtlarda küçə mübarizəsini bərpa etmək niyyətindədir. Söhbət xüsusilə “Ermənistan” fraksiyasından gedir. Əldə etdiyimiz məlumata görə, bu günlərdə müxalifətçilər mütəmadi olaraq toplantılar keçirir və küçə mübarizəsi planını müzakirə edirlər. Əsas suallardan biri də budur: indiki hökuməti hakimiyyətdən necə uzaqlaşdırmaq olar?”, - nəşr yazır.

Mənbənin iddiasına görə, müxalifət aprel ayından aksiyaları bərpa etmək niyyətindədir:

“Son vaxtlar “Ermənistan” fraksiyasının deputatları bölgələrə baş çəkir, sakinlərlə görüşür və təhlükəsizlik məsələlərini müzakirə edirlər. Əldə etdiyimiz məlumata görə, bu görüşlər həm də bölgə sakinlərini küçə mübarizəsi prosesinə cəlb etmək məqsədi daşıyır.

Küçə mübarizəsi ətrafında geniş konsolidasiya yaratmaq üçün müxtəlif parlamentdənkənar qüvvələr və fiqurlarla da müzakirələr aparılır”.