Gədəbəydə piyadanı avtomobil vuraraq öldürüb
    • 22-03-2024, 08:16
    • 126

Gədəbəydə piyadanı avtomobil vuraraq öldürüb



Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, rayonun Kiçik Qaramurad kənd ərazisində avtomobil 2011-ci il təvəllüdlü Nağıyev Elmir Azər oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.