Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb
    • 1-11-2022, 21:58
    • 186

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Yevlaxın Yuxarı Qarxun kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az-ün  məlumatına görə, rayon sakini, 50-55 yaşlarında İsrafil Güləliyevi "VAZ-2107" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.