-
- 22-03-2024, 09:25
- 435
BMW Group-dan rekord gəlir
BMW Group 2023-cü il üçün maliyyə nəticələrini açıqlayıb.
News24.az xəbər verir ki, qrupun faiz və vergidən əvvəlki mənfəəti (EBIT) 2022-ci ildə 13,99 milyard avro ikən, 2023-cü ildə 32% artaraq 18 milyard 48 milyon avroya çatıb. Bu, şirkətin tarixində ən yüksək dəyər kimi qeydə alınıb.
Sözügedən dövrdə qrup gəlirləri 9% artaraq 155 milyard 498 milyon avroya çatıb.
Beləliklə, BMW Qrupu ilk dəfə olaraq Mercedes Automobile Group-dan (153,2 milyard avro) daha çox satış əldə edib.
Şirkət ötən il R&D-yə 7,53 milyard avro xərcləyib.
BMW, MINI və Rolls-Royce kimi markaların daxil olduğu BMW Group, keçən il dünya üzrə avtomobil tədarüklərini 11,7% artıraraq 2 milyon 661 min 922 ədədə çatıb. Bunun 14,7 faizini (375 min 716) elektrik avtomobilləri təşkil edib. Ötən il elektromobillərin satışı 2022-ci illə müqayisədə 74,1 faiz artıb.
Bu il BMW ikinci əl bazarında dəyişən şərtlər səbəbindən satışların bir qədər artacağını və vergidən əvvəlki mənfəətin bir qədər azalacağını gözləyir.
Günel Məlikzadə