Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin reytinqində irəlilədi
    • 21-01-2023, 14:10
    • 253

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin reytinqində irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin 2023-cü il üçün ilk reytinqi açıqlanıb.

News24.az xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb. Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb. Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə bir pillə irəliləyib. “Neftçi”nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Rumıniyalı mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk “üçlük”də Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb.//Apasport.az