-
- 22-03-2024, 20:40
- 251
Çin və Rusiya Qəzza ilə bağlı qətnaməyə VETO QOYDU
Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək ABŞ-nin irəli sürdüyü “dərhal və davamlı atəşkəsə təcili ehtiyacı müəyyən edən”, lakin bunu tələb və ya çağırış etməyən Yaxın Şərq üzrə qətnamə layihəsini bloklayıb.
Məlumata görə, Rusiya və Çindən başqa, Əlcəzair sənədə qarşı çıxıb, Qayana bitərəf qalıb.
Böyük Britaniya, Malta, Mozambik, Koreya Respublikası, Sloveniya, ABŞ, Syerra-Leone, Fransa, İsveçrə, Ekvador və Yaponiya qətnamə layihəsinin lehinə olublar.//Report