“Böyük dəbilqə”: Cüdoçumuz bürünc medal qazandı
    • 22-03-2024, 22:00
    • 345

“Böyük dəbilqə”: Cüdoçumuz bürünc medal qazandı


Azərbaycan cüdoçusu Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Bununla da Azərbaycan millisi turnirdə ilk medalını qazanıb.

Yığmanın digər üzvləri Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram) də bu gün bürünc mükafat uğrunda yarışacaqlar.