"İki dəqiqə sonra səhnəyə çıxacaqdım"
    • 22-03-2024, 22:41
    • 306

"İki dəqiqə sonra səhnəyə çıxacaqdım"


Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə 40 nəfər həlak olub, 130-dən çox insan xəsarət alıb.

News24.az xəbər verir ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da xalq artisti Röya Ayxan bu gün konsert verəcəkmiş.

İnsidentlə əlaqədar konsert təxirə salınıb.

Röya İnstaqram səhifəsində hadisə ilə əlaqədar paylaşımında deyib: "Hər kəs zəng edib ağlayır, sənət dostlarıma təşəkkür edirəm. İki dəqiqə sonra səhnəyə çıxacaqdıq, yaxşıyıq, hadisə ikinci zalda, başqa şəxslərin konsertində olub. İnanıram ki, heç bir azərbaycanlıya heç nə olmayıb. Əminəm ki, buradan çıxmağa yol tapacağıq".