Rusiyadakı terror aktının şahidləri DANIŞDI
    • 23-03-2024, 15:58
    • 586

Rusiyadakı terror aktının şahidləri DANIŞDI

“Crocus City Hall”da baş verən terror aktının şahidləri danışıb. 


News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, terrorçular zaldan qaçarkən insanları arxadan güllələyiblər. 


Hadisə şahidinin bildirdiyinə görə, terrorçular maskasız olub:


“Biz zalda oturmuşduq,konsert başlayacaqdı, əl çalanları eşitdik. Sonra səslər gəlməyə başladı. Əvvəlcə uzaqdan, sonra daha da yaxından eşidilməyə başladı. Səslərin atəş səsi olduğunu biləndən sonra insanlar birbaşa səhnəyə qaçdılar. Terrorçular isə arxadan atəş açırdı. 


Digər bir şahidin sözlərinə görə isə terrorçular maskasız, qara papaq və kamuflyaj kostyumları geyiniblər: 


“Bilmirəm necə çıxa bildik, qapıdan çox da uzaqda oturmamışdıq, xoşbəxtlikdən qapı açıq idi”. 


Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında  terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Ölənlərin sayı 150 nəfərə çatıb. 


Qumral