“Dəyər verdikcə əndazədən çıxırlar”
    • 23-03-2024, 19:02
    • 309

“Dəyər verdikcə əndazədən çıxırlar”

Müğənni Elçin Cəfərov növbəti paylaşımı ilə diqqət çəkib.

News24.az OLAY-a istinadən yazır ki, ifaçı instaqramın hekayə bölməsində qalmaqallı fikirlər yazıb və xüsusi kiməsə aid olmadığını qeyd edib.

“Sağ olsunlar ətrafımızdakı insanlar. Onlardan çox şey öyrəinirik. Məsələn özünə dəyər verməyi. Dəyər verdikcə əndazədən çıxıb özlərini çox önəmli hesab edirlər. Su da çox içiləndə ziyandır. Ona görə həddimizi bilməyimiz özümüzə xeyirdir. (Xüsusilə kiməsə aid deyil, sadəcə gündəlik gördüyüm səhnələrdir. Faydalı olsun deyə bölüşmək istədim)”, - deyə, o, yazıb.