-
- 24-03-2024, 08:30
- 360
Maradonanı qabaqladı, yalnız Messidən geri qalır
Argentina yığması El Salvadorla milli komandası ilə yoxlama oyunu keçirib.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, görüş Filadelfiyadakı "Linkoln Financial Field" stadionunda oynanılıb. Matçda Argentina millisi 3:0 hesabı ilə qalib gəlib.
Qolları 16-cı dəqiqədə Kristian Romero, 42-ci dəqiqədə Enzo Fernandez, 52-ci dəqiqədə isə Covanno lo Kelso vurub. Oyunda Anhel Di Mariya komandasının ilk qolunun ötürməsini verib.
Bu, Di Mariyanın millidəki 27-ci qol ötürməsi olub. Nəticədə o, komandanın əfsanəvi futbolçusu Dieqo Maradonanı geridə qoyub. Di Mariya bu statistika üzrə sıralamada 2-ci yerə yüksəlib.
Siyahıya 54 qol ötürməsi ilə Lionel Messi başçılıq edir.