-
- 24-03-2024, 09:10
- 335
ABŞ-da neft qazma qurğularının sayı azaldı
Neft-mədən xidmətləri şirkəti Baker Hughes-un həftəlik məlumatları dərc olunub.
News24.az xəbər verir ki, müvafiq olaraq, ölkədəki neft qazma qurğularının sayı 16-22 Mart tarixləri arasında bir əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 509 oldu.
Ötən il ABŞ-da neft qazma qurğularının sayı 84 ədəd azalıb.
Qeyd edək ki, cümə axşamı 85,78 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 85,56 dollardan bağlanıb.
West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 80,82 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin bir barreli cümə axşamı 81,07 dollarla başa çatıb.
Günel Məlikzadə