"ABŞ Moskvadakı terror aktını qətiyyətlə pisləyir"
    • 24-03-2024, 09:40
    • 222

"ABŞ Moskvadakı terror aktını qətiyyətlə pisləyir"

ABŞ dövlət katibi Antoni Blinken cümə günü Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını kəskin şəkildə qınadı.

News24.az xəbər verir ki, Blinken verdiyi yazılı açıqlamada hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verib. "Terrorun hər növünü pisləyirik və bu dəhşətli hadisəyə yas tutan rus xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirik" deyib. 

Blinken ABŞ-ın Moskvadakı ölümcül terror aktını qətiyyətlə qınadığını vurğulayıb.

Günel Məlikzadə