-
- 23-03-2024, 14:02
- 230
İNTERPOL-dan Rusiyaya dəstək
Beynəlxalq Kriminal Polis Təşkilatının (İNTERPOL) baş katibi Yurgen Stok Moskvadakı terror aktının araşdırılmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.
News24.az xəbər verir ki, INTERPOL-un baş katibi Yurgen Stok sosial media hesabında Rusiyanın Moskva vilayətində konsert salonunda törədilən və 93 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı paylaşım edib.
Stok: "Mən Crocus City Hall-a hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli bir hərəkət idi. “INTERPOL Rusiya hakimiyyət orqanları tərəfindən aparılan araşdırmalara dəstək verməyə hazırdır”, - deyə o bildirib.
Günel Məlikzadə