Azərbaycanda DƏHŞƏT: Qardaşlar qanına qəltan edildi
    • 25-03-2024, 10:17
    • 10 932

Azərbaycanda DƏHŞƏT: Qardaşlar qanına qəltan edildi

Ağstafada dava bıçaqlanma ilə nəticələnib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Kamil Vəlizadə və onun qardaşı, 2000-ci il təvəllüdlü Ramin Vəlizadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Qardaşların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.