Nicat Bayramlını avtomobil vurdu
    • 25-03-2024, 10:22
    • 440

Nicat Bayramlını avtomobil vurdu

Abşeron rayonunun Məhəmmədi qəsəbəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2020-ci il təvəllüdlü Bayramlı Nicat Azad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.