Bakıda 36 yaşlı kişini avtomobil vurub
    • 2-03-2024, 09:30
    • 127

Bakıda 36 yaşlı kişini avtomobil vurub


Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadla xəbər verir ki, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Rafael oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.