Bakıda 26 yaşlı gənc oğlanı avtomobil vurub
    • 1-03-2024, 08:34
    • 123

Bakıda 26 yaşlı gənc oğlanı avtomobil vurub


Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadla xəbər verir ki, avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Həsənov Xeyrilla İbadulla oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.