Ən böyük günəş elektrik stansiyası tikildi
    • 26-03-2024, 10:03
    • 95

Ən böyük günəş elektrik stansiyası tikildi

Avropanın ən böyük günəş elektrik stansiyası bu ölkədə tikilib.

News24.az xəbər verir ki, bu barədə  Naked-Science məlumat yayıb.

Məlumata görə,  EDP Renewables bu günə qədər Avropanın ən böyük günəş elektrik stansiyasını işə salıb.

Bildirilir ki, Portuqaliyanın paytaxtı Lissabon yaxınlığında Cerca adlı enerji infrastrukturu layihəsi ortaya çıxıb.

Cerca 310 mindən çox ikiüzlü günəş paneli ilə təchiz edilmişdir. Onun gücü 202 meqavatdır, stansiya təxminən 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək gücündədir.

Mehriban Mirzəzadə