Zaporojya Atom Elektrik Stansiyasında həyəcan...
    • 14-03-2024, 17:35
    • 153

Zaporojya Atom Elektrik Stansiyasında həyəcan...

Ukrayna ordusu Zaporojya Atom Elektrik Stansiyasının kritik infrastrukturuna qarşı artilleriya atəşi həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusunun elektrik stansiyasına qarşı hücumları davam edir.

"Dizel yanacağı çənlərinin arxasındakı əraziyə partlayıcı atılıb. Zavodun kritik infrastrukturuna da artilleriya atəşi açılıb. Əgər onlar vurulsa tanklar, bu çox ağır nəticələrə səbəb ola bilər",- məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.Ümumilikdə 6 nüvə reaktoru və 5700 meqavat saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

Mehriban Mirzəzadə