Rusiyada İqtisadiyyat Nazirliyində ƏMƏLİYYAT - Rəhbər şəxslər HƏBS EDİLDİ
    • 26-03-2024, 12:35
    • 484

Rusiyada İqtisadiyyat Nazirliyində ƏMƏLİYYAT - Rəhbər şəxslər HƏBS EDİLDİ

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti İqtisadi İnkişaf Nazirliyinin rəhbərlərinin də daxil olduğu cinayətkar dəstəni aşkarlayıb. Rusiya İqtisadi İnkişaf Nazirliyinin yüksək vəzifəli şəxslərinin və Stavropolun mütəşəkkil sahibkarlar qrupunun üzvlərinin qanunsuz fəaliyyəti aşkar edilib.

News24.az xəbər verir ki, onlar iqtisadi və korrupsiya xarakterli qeyri-qanuni fəaliyyətlər törətməkdə ittiham olunublar. 

Qeyd olunur ki, həbs edilən şəxslər müəssisələrdən birinin mineral sularının çıxarılması lisenziyasını qanunsuz olaraq dayandırıblar. Cinayətkar qrup təbii qaz oğurluğu ilə də məşğul olub. 

Axtarış zamanı silah, avtomobil və pul götürülüb.

İqtisadi İnkişaf Nazirliyinin rəhbər şəxsləri ilə yanaşı, cinayətlərdə əli olan Stavropoldan olan iş adamları da həbs edilib.