Moskvada daha bir bomba HƏYƏCANI - Universitet binası BOŞALDILDI
    • 26-03-2024, 12:58
    • 133

Moskvada daha bir bomba HƏYƏCANI - Universitet binası BOŞALDILDI

Moskvada Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin binası yaxınlığında naməlum obyektin aşkarlanması ilə əlaqədar boşaldılıb. 

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Universitetə giriş məhdudlaşdırılıb, hadisə yerinə polis əməkdaşları gəlib. Təhsil müəssisəsinin ərazisindəki vəziyyətlə bağlı əlavə təfərrüat yoxdur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.