Daha bir ölkədə güclü zəlzələ
    • 26-03-2024, 15:54
    • 125

Daha bir ölkədə güclü zəlzələ

İranın Xuzistan əyalətində 4,5 bal gücündə zəlzələ baş verib. 

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Mesjed Soleyman şəhərindən 82 km şimal-qərbdə yerləşib. Zəlzələ 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mehriban Mirzəzadə