PKK-dan Avropada terror "küləyi" VİDEO
    • 26-03-2024, 19:45
    • 170

PKK-dan Avropada terror "küləyi" VİDEO

Belçika, Almaniya, İsveç, Fransa... Terror təşkilatı PKK tərəfdarları Avropada şiddətli aksiyalarını davam etdirir. Terror təşkilatının tərəfdarları həm türklərə, həm də yaşadıqları ölkənin xalqına, polisinə və qurumlarına zərər verirlər. 

News24.az xəbər verir ki, terror təşkilatı PKK tərəfdarları bir müddət əvvəl Belçikada terror törədiblər.

Onlar Limburqda təxribat törətdib və Brüsseldə quldurluq etdilər.

Əlavə olaraq, Lyejdə pəncərələri sındırıb, molotof kokteyli təşkil edib, türklərin yerləşdiyi binalara hücum ediblər.

Hadisələrə polis müdaxilə etməyib.

Günel Məlikzadə