Nissan-ın 2027-ci il planı
    • 26-03-2024, 21:30
    • 541

Nissan-ın 2027-ci il planı

Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan Nissan, orta müddətli biznes planını yeniləməyi açıqladı.

News24.az xəbər verir ki, Nissan Motor öz bəyanatında qarşıdakı üç il ərzində 30 yeni model avtomobil buraxacağını bildirib. Digər tərəfdən şirkət xərcləri azaltmağı və qlobal satışlarını 1 milyon avtomobil artırmağı hədəfləyəcəyini açıqlayıb.

Son tarixə qədər Nissan tam akkumulyatorla işləyən avtomobillərin qlobal satışlarının təxminən beşdə birini, hibrid enerji sistemləri ilə işləyən avtomobillərin daha beşdə birini, qalan 60 avtomobili isə yalnız daxili yanma mühərrikləri ilə işləyən avtomobillərin təşkil edəcəyini gözləyir. 

Qeyd dək ki, Nissan tam akkumulyatorla işləyən Leaf modeli ilə elektrik avtomobillərində sıçrayış etsə də, rəqibləri ABŞ Tesla və Çin BYD-nin kölgəsində qaldı.

Günel Məlikzadə