Asiyanın "zənginlər paytaxtı" bu şəhər oldu
    • 26-03-2024, 23:23
    • 151

Asiyanın "zənginlər paytaxtı" bu şəhər oldu


Qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan “Nikkei Asia” mətbuat təşkilatının hesabatına görə, Mumbay 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsinin ən çox milyarderinin olduğu şəhər olub.

News24.az Publika.az-a istinadən xəbər verir ki, institutun hesabatına görə, Nyu-Yorkda 119 milyarder, Londonda isə 97 milyarder olduğu halda, Mumbay 92 milyarderlə dünya üzrə üçüncü yerdədir.

Hindistanda cəmi 271 milyarder bar ki, onun da 92-si bu şəhərdədir. Mumbay iqtisadiyyatı 2023-cü ildə 7,5 faiz artıb.

Ölkələr üzrə qiymətləndirmələrdə Çin 814 milyarderlə siyahısına liderlik edir. Amma 2022-ci ilə nisbətən Çində milyarderlərin sayı 155 nəfər azalıb.

ABŞ 800 milyarderlə ölkələrin reytinqində ikinci yerdədir.