-
- 27-03-2024, 12:38
- 403
"Gənc yaşlarda xərçəngə yoluxma halları artacaq"
Uels şahzadəsi Keyt Middltonun xərçəng açıqlamasından sonra 50 yaşın altındakı xərçəng hadisələrinin artması yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, aparılan araşdırma 1990-2019-cu illər arasında erkən yaşlarda xərçəngə yoluxma hallarının dünya üzrə 79 faiz artdığını ortaya çıxarıb.
Mütəxəssislər 2030-cu ilə qədər gənc yaşlarda xərçəngə yoluxma hallarının 31 faiz artacağını proqnozlaşdırırlar.
İllərlə aparılan araşdırmalara baxmayaraq, tədqiqatçılar bu artımın arxasında nə olduğunu müəyyən edə bilməyiblər.
Birmingem Universitetinin professoru Andrew Beggs, xərçəng hadisələrinin artmasının səbəbi ilə əlaqədar "Geniş araşdırmalara baxmayaraq kəşf edə bilmədiyimiz naməlum bir ekoloji faktor ola bilər" dedi.
Məlumatlar göstərir ki, xərçəng nisbətləri bütün yaş qruplarında artmaqdadır, lakin gənclərdə hallar daha sürətlə artır.
50 yaşdan aşağı hallar hələ də statistik cəhətdən nadir hesab edilsə də, artım sürəti və səbəbi aşkarlana bilməməsi mütəxəssisləri narahat edir.
Birmingem Universitetindən Onkoloq Dr. Şivan Sivakumar vəziyyəti "epidemiya" olaraq xarakterizə etdi.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 50 yaşın altındakı ölkələrdəki xərçəng hadisələri arasında Türkiyə 66% ilə gənc yaşlarda xərçəngə ən çox rast gəlinən ölkələr sırasındadır.
Avstraliya 135% ilə 50 yaşa qədər dünyada ən çox xərçəng xəstəsi olan ölkə oldu. Avstraliyanı 119 faizlə Yeni Zelandiya izləyir.
Günel Məlikzadə