Rusiyada aviabilet qiymətlərində rekord artım
    • 27-03-2024, 14:13
    • 276

Rusiyada aviabilet qiymətlərində rekord artım

Rusiyada daxili aviabiletlərin qiymətləri son iki ayda əhəmiyyətli dərəcədə artıb. Rosstat məlumatlarına dair hesabat verən RBC yazır ki, 2008-ci ildən bəri ən kəskin artım yanvarda 34 faiz, fevralda isə 42 faiz olub.

News24.az xəbər verir ki, min kilometrlik uçuş məsafəsi üçün biletin orta qiyməti 7 min 244 rubla (78 dollar) yüksəldi. 2022-ci il mövsümündə aviabilet qiymətlərinin pik həddə çatdığı dövrdə bu göstərici 6 min 621 rubl olaraq hesablanmışdı.

Fevral ayında aylıq qiymət artımının 12,7 faizə çatdığına diqqət çəkən RBC, qiymətlərin 2008-ci ildən bəri ilk dəfə bu qədər kəskin artdığını bildirib.

Qəzetə danışan Yandex Travel Service rəsmiləri də qiymətlərin ötən illə müqayisədə 50 faiz artdığını təsdiqləyir.

Günel Məlikzadə