Məktəblərdə BOMBA HƏDƏSİ: partlayıcı maddələr...
    • 27-03-2024, 17:18
    • 268

Məktəblərdə BOMBA HƏDƏSİ: partlayıcı maddələr...

Fransa paytaxtında 20-ə yaxın məktəb bomba hədəsi alıb. 

News24.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.

Məlumata görə, Parisin 12, 14, 15 və 19-cu rayonlarından olan təhsil müəssisələri təhdidlərlə üzləşib. Mənbələrin bildirdiyinə görə, təhsil müəssisələrində partlayıcı maddələrin olub-olmaması ilə bağlı yoxlamalar aparmaq üçün ərazilərə polis qrupları göndərilib.

Nəşrin məlumatına görə, məktəblərə gələn yazılı hədələr 12 dəqiqəlik videoçarxla müşayiət olunub. 

“Bu, hərbçi paltarı geyinmiş və qüsursuz fransızca danışan terrorçunun bədənin müxtəlif hissələrinə ölümcül zərbələr endirməyi necə izah etdiyini göstərir”, - məlumatda qeyd olunub.

Mehriban Mirzəzadə