-
- 27-03-2024, 19:30
- 187
Rusiyada terror aktında ölənlərin sayı 140-a çatdı
Rusiyanın paytaxtı Moskvada törədilən terror aktında həyatını itirənlərin sayı 140-a yüksəlib.
News24.az xəbər verir ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Moskvada jurnalistlərə açıqlamasında martın 22-də “Crocus City Hall” konsert salonunda törədilən terror aktı nəticəsində yaralananların müalicəsinin davam etdiyini bildirib.
Müalicə alanlardan birinin bu gün dünyasını dəyişdiyini bildirən Muraşko, "Təəssüf ki, vəziyyəti son dərəcə ağır olanlardan biri dünyasını dəyişdi. Həkimlər mümkün olan hər şeyi etdi" dedi. dedi.
Muraşko qeyd edib ki, 19-u ağır olan 80 nəfərin müalicəsi davam edir.
Günel Məlikzadə