-
- 27-03-2024, 17:56
- 582
DƏHŞƏTLİ QƏZA: Xeyli sayda ölən VAR
Almaniyanın Leypsiq şəhərində turist avtobusunun aşıb.
News24.az xəbər verir ki, bu barədə “Leipziger Volkszeitung” qəzeti məlumat yayıb.
Qəza A9 şosesində Leypsiq yaxınlığında baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 50 nəfər yaralanıb, onlardan 10-u ağır xəsarət alıb. Təxliyə üçün dörd xilasedici helikopter və bir neçə təcili yardım maşını cəlb olunub.
Qeyd edək ki, nəqliyyat vasitəsi beynəlxalq daşımalar üzrə ixtisaslaşan “Flixbus” şirkətinə məxsusdur. Hadisənin başvermə səbəbləri araşdırılır. Qəza ilə əlaqədar Münxen istiqamətində avtomobil yolu bağlanıb.
Mehriban Mirzəzadə